DTX-dən əməliyyat: Azərbaycanlıları əməkdaşlığa cəlb etməyə çalışan ermənilər necə ifşa olundu? - VİDEO
İctimai Televiziyada “Baş tutmayan tələ” sənədli filmi yayımlanıb.
Oxu.Az xəbər verir ki, sənədli filmdə qondarma rejimin rəhbərinin sabiq müşaviri vəzifəsində işləyən Tiqran Abramyan tərəfindən yaradılmış “Henoket” analitik mərkəz barədə də məlumat verilib.
DTX rəsmisi bildirib ki, sözügedən analitik mərkəzin fəaliyyəti Azərbaycanın müdafiə qabiliyyəti barədə məlumatlar toplamaqdan ibarət olub.
DTX toplanmış materiallar əsasında həmin mərkəzdə çalışan, fəallığı ilə seçilən Alen Qulyan ətrafında əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilib.
Digərlərindən fərqli olaraq, Alen Qulyan sosial şəbəkələr vasitəsilə Azərbaycanda yaşayan milli etnik azlıqlarla dostluq münasibəti yaratmağa cəhd göstərib.