bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İstanbulda 100 minə yaxın bina sökülə bilər

2-03-2023, 10:17 0 dəfə baxılıb


Türkiyə hökuməti İzmir və İstanbulda gözlənilən güclü zəlzələlər əleyhinə tədbirlər planlaşdırıb.

Bu barədə Ekologiya və şəhərsalma naziri Murat Kurum xəbər verib.

Onun sözlərinə görə, İstanbulda zəlzələ üçün riskli görülən binalar boşaldılaraq əvvəlcədən müəyyən edilmiş ərazilərə köçürüləcək.

Eyni zamanda Yıldız Texniki Universitetinin professoru Doktor Əli Koçak bunun təxminən 100-150 min bina olduğunu qeyd edib.

“İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri İstanbulda 90 minə yaxın riskli binanın olduğunu bildirib. Biz tamamilə söküləcək binaların sayını 50-60 min hesab edirdik. Hazırda riskli ərazilərə baxdığımızda Beylikdüzü, Bakırköy, Üsküdar, Tuzla, Pendik, Kadıköy, Fatih və Büyükçekmecenin sahilyanı əraziləri var.

Təhlükəsiz zona adlandıra biləcəyimiz yerlər siyahısına isə Esenyurt, Başakşehir, Eyüp, Şişli, Silivri, Sarıyer, Çekmeköy və Beykoz daxildir. Əslində Sarıyerdə də çoxlu qeyri-qanuni tikili var və onlar çox risklidir”, - deyə o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031