bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ətin bahalaşmasının səbəbi nədir? - AÇIQLAMA

7-03-2023, 13:32 1 dəfə baxılıb


“İnsanların sayı yarım milyon artıb, heyvanların sayı isə bir milyon azalıb. Daha dəqiq desək, kənd təsərrüfatı heyvanlarının sayı son 10 ilin ən aşağı həddinə düşüb”.

Oxu.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov ətin bahalaşmasına münasibət bildirərkən deyib.

Statistika Komitəsinə istinad edən ekspert söyləyib ki, 2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2,62 milyon, xırdabuynuzlu heyvanların sayı isə 7,77 milyon olub. Halbuki, 2016-ci ildə iribuynuzlu heyvanların sayı 2,70 milyon, xırdabuynuzlu heyvanların sayı 8,67 milyon idi:

“Ümumilikdə görərik ki, 7 il ərzində heyvan sayı bir milyon baş azalıb. Əhali sayı 2016-ci illə müqayisədə 500 mindən çox arttıb. 9,7 milyondan artaraq 10,2 milyonu keçib. Beləcə, ölkəmizdə insanların sayı son 7 ildə yarım milyon nəfər artıb, heyvanların sayı isə bir milyon baş azalıb”.

İqtisadçı heyvanların sayının azalması ilə bağlı bildirib ki, səbəblər çoxdur, amma başlıca səbəb yem məhsulları amilidir, o cümlədən, örüş sahələrinin azalması məsələləridir:

“Cəmi 20 il əvvəl biçənək və örüş-otlaq sahələri 2 678 000 hektar idi. Amma 2021-ci ildə örüş-otlaq sahələri 2 417 000 hektara enib, yəni 261 000 hektar azalıb. 261 min hektar heyvandarlıq üçün çox böyük sahədir”.

Qeyd edək ki, son günlər Azərbaycanda ətin qiymətində artım müşahidə edilir. Bakı ilə yanaşı, bölgələrdə də ət təxminən 2-3 manat bahalaşıb. Hazırda mal əti müştərilərə 14-15 manata təklif olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930