Ankara sülh danışıqları üçün əsas şərtləri AÇIQLADI
Rusiya və Ukrayna arasında sülh danışıqlarının başlanması istiqamətində mühüm addım tərəflərin atəşkəs imzalaması olmalıdır".
Publika.az xəbər verir ki, bu şərti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, İstanbul Altınbaş Universitetinin rektoru Çağrı Erhan Lente.ru-ya müsahibəsində açıqlayıb
Oxatırladıb ki, tərəflər əvvəllər atəşkəs barədə razılığa gəliblər, lakin çox qısa müddətə:
"İndi Rusiya və Ukrayna nazirlər səviyyəsində danışıqların təşkili üçün ən azı bir ay müddətinə atəşkəs barədə razılığa gəlməlidirlər ki, orada sülhün bağlanması artıq ətraflı müzakirə olunacaq. Hazırda belə şərait yaratmadan sülh danışıqları aparmaq mümkün deyil.
Hər bir tərəf yəqin ki, atəşkəs üçün öz ilkin şərtlərini irəli sürəcək. Kiyevin timsalında, belə bir şərt Zaporojye AES-in Ukraynanın və ya ən azı MAQATE-nin nəzarətinə verilməsi ola bilər ki, bununla da Rusiyanın razılaşa bilməyəcəyi ehtimal olunur. Ancaq Ukraynanın heç bir tələbini təmin etmədən atəşkəs barədə razılığa gəlməyin mümkün olacağını düşünmürəm. Kiyev münaqişənin davam etdirilməsində maraqlı olan Qərbin təzyiqi altındadır”, - deyə Erhan vurğulayıb.