bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Saakaşvilinin anası fəryad etdi: “Oğlum skeletə çevrilib və 100 yaşlı kişiyə bənzəyir”

18-04-2023, 09:49 4 dəfə baxılıb




Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “skeletə çevrilib” və 100 yaşlı kişiyə bənzəyir.

Bunu Saakaşvilinin anası Qiuli Alasaniya bildirib.

“O, skeletə çevrilib. Ayağa qalxanda isə onurğası 100 yaşlı kişi kimi tamamilə əyilir. O, çətinliklə harasa söykənərək sürünür”, - deyə Alasaniya bəyan edib.

Onun sözlərinə görə, oğlu yemək qəbul edir, lakin onun “orqanizmi qidanı uda bilmir”.

Qeyd edək ki, aprelin 7-də Saakaşvili həbsdə olarkən səhhətinin “kəskin şəkildə pisləşdiyini” və indi “ölmək üzrə olduğunu” deyib.

Gürcüstanın keçmiş prezidentinin qardaşı David Saakaşvili bir müddət əvvəl bildirib ki, siyasətçi həqiqətən də hər an ölə bilər. Onun fikrincə, Saakaşvilini yalnız ixtisaslaşmış xəstəxanaya köçürmək xilas edə bilər.

Xatırladaq ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti saxlanılaraq həbs edilib. Saakaşvili özü həbsini siyasiləşmiş adlandırıb və aclıq aksiyasına başlayıb. Daha sonra eks-prezidentin səhhəti ciddi şəkildə pisləşib.

Mixail Saakaşvili ötən ilin may ayından “Vivamedi” klinikasında müalicə alır. Gürcüstanın ədliyyə naziri Rati Breqadze bəyan edib ki, siyasətçi qəsdən yemək yemir və həkimlərin göstərişlərini yerinə yetirməkdən imtina edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930