bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mingəçevirdə həyətləri su basıb, ağaclar aşıb: Xəsarət alan var

1-07-2023, 11:00 2 dəfə baxılıb


Qeyri-sabit havanın Mingəçevirdə yaratdığı fəsadlar aradan qaldırılır.

Bu barədə "Report”un Qarabağ bürosuna Mingəçevir Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından məlumat verilib.

Qeyd olunub ki, güclü yağış və küləklə başlayan təbii fəlakət şəhər ərazisində selə səbəb olub. Daşqın zamanı fərdi təsərrüfatlara dolan su vətəndaşların əkinlərinə və evlərinə ziyan vurub.

Şəhərin bir neçə küçəsində küləyin təsiri nəticəsində aşan ağaclar yollarda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaradıb. Ağacların aşması nəticəsində bir minik avtomobilinə ziyan dəyib, bir nəfər isə xəsarət alıb.

Həmçinin bildirilib ki, aidiyyəti qurumlarla birgə təbii fəlakət nəticəsində baş verən fəsadlar aradan qaldırılır.

Hazırda şəhərə dəyən ziyanın məbləği hesablanır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031