bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Baş prokuror: “Oxçuçayın çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa təsir göstərir”

10-07-2023, 13:19 0 dəfə baxılıb


“Hansısa ölkələr arasında belə konfransın keçirildiyini xatırlamıram. Bu da Azərbaycan və Türkiyə arasında olan dostluğun, qardaşlığın nümunəsidir”.

Bu fikirləri Naxçıvanda keçirilən Azərbaycan və Türkiyə prokurorluqlarının sərhədyanı əməkdaşlığı konfransında çıxış edən baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, Naxçıvanda olduğu müddətdə türkiyəli həmkarları ilə bir sıra məsələlər müzakirə edilib:

“Daha çox müzakirə olunan məsələ Ermənistanın sərhədyanı bölgədə törətdiyi ekoloji cinayətdir. Araz çayının hansı səviyyədə çirkləndirilməsi məlumdur və son zamanlar orada zavodun inşası ekoloji cinayətin törədilməsinə gətirib çıxarıb. Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının iclasında da dilə gətirdi və Ermənistanın hansı cinayətlər törətdiyini bir daha diqqətə çatdırdı. Bu zavodun inşası həm Türkiyə, həm də Azərbaycan üçün böyük problemlər yaradır və biz bunu beynəlxalq aləmə ekoloji cinayət kimi çatdırmışıq”.

“Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir”, - deyə baş prokuror əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930