Şəhidlər unudulmur!!
Vətən ugrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi daim diqqət mərkəzində olub. Xalqımız vətənimizin bölünməzliyi ugrunda şəhid olan qəhrəmanları unutmur. Belə qəhrəmanlardan Yamən Əliyev, Əlizadə Nəsirov, Nizami Qəmbərovdur. 1-ci Vətən Müharibəsində şəhid olan oğullarımızın anım günü Bakı şəhərində “Biz bizə” restoranında anıldı. Tədbir Azərtbaycanın Dövlət Himninin sədaları altına başladı. Azərbaycan və Türkiyə bayraqlarının bəzəndiyi salonda milli hisslər, vətənpərvərlik duyguları aşıb daşırdı.
Tədbirin təşkilati dəstəyi Türkiyədə fəaliyyət göstərən Turan Elçiləri Təşkilatının Azərbaycan təmsilçisi və Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas acaraq şəhid ailələrini salamladı və tədbiri acıq elan etdi. Tədbirdə şəhid ailələri, müharibə veteranları və onların yaxınları, qazilər iştirak edirdilər. Tədbirin keçirilmısinə hemreylik. az xəbər portalının baş redaktoru Rubabə Vəliyevanın vasitəçiliyi ilə maliyyə dəstəyini Missiya Media qrupunu rəhbəri Ramin Əhmədov verdi. Ramin müəllim şəhidlərin xatirəsini daim diqqət mərkəzində saxlayır.
Radə Abbas şəhidlərin döyüş yolu barədə geniş məlumat verdi, şəhidlərin yaxınları öz ürək sözlərini göz yaşları ilə danışdılar. 30 ildən sonra ilk dəfə şəhidlərin xatirəsinin anılmasına görə şəhid ailələri təşəkkür etdilər. Tədbirdə MVQSYİB-nin Elm, Təhsil bölümünün rəhbəri, fəlsəfə doktoru Elmira Abasova, jurnalist Səriyyə Müslümqızı, müharibə veteranı Gülpəri Əhmədova, atesh.az saytının Baş redaktoru İradə Qaraca və müavini Şəhla Hüseynova, Azərbaycan Nevs TV xüsusi müxbiri Mənsur Səmədi şəhidlər barədə öz ürək sözlərini dedilər.
Tədbirdə müharibə veteranı qadınlar və MVQSYİB-nin əməkdaşlarıda iştirak etdilər. Təşkilat sədrinin müavinləri, Gülpəri Əhmədova, Förəngiz Əkbərova tədbirin idarə olunmasına mənəvi dəstək oldular.
Nuray bala Şuşa şerini, Aylin “Aglama şəhid anası” mahnısını könüldən gələn hisslərlə catdırdılar. Xocalı Soyqırımını Tanıtma İ B sədri Ceyran Əzizova, təşkilat idarə heyətinin üzvü Fiqurə Həsənova, öz çıxışlarında şəhid analarına təsəlli sözlərini göz yaşları icində dedilər.
Şəhidlərin döyüş döründə komandiri olmuş Qələndar müəllim şəhidlər haqda fikirlərini çatdırmaqla təşkilatçılara da öz minnətdarlığını bildirdi.
Sevinc Şuşalı, Vüqar Təmkin, Əli Əzizoglu öz vətənpərvər cıxışlarını, ifa etdikləri mahnılarını da tədbir iştirakcılarına catdırdılar. Sonda Radə Abbas tədbirin təşkilinə şərait yaratdıqlarına görə Nizami rayonunda fəaliyyət göstərən “Biz Bizə” restoranın rəhbərliyinə, jurnalist Nicat Dağlaroğluna, Rübabə Vəliyevaya, Gülpəri Əhmədovaya və əməyi keçən hər kəsə öz dərin təşəkkürünü bildirdi.
ATESH.AZ
MVQSYİB-nin ATESH.AZ saytının Baş redaktoru İradə Qaraca