Xankəndidə ermənilər Bakının ərzaq təminatı təklifini dəstəklədi
Qarabağda Azərbaycanın erməni əhalisini Ağdam marşrutu vasitəsilə ərzaqla təmin etmək təklifini dəstəkləyənlər var.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edir ki, Ağdam yolunda barrikadalar qurulsa da, bunun əleyhinə çıxanlar var.
“Onlar hesab edirlər ki, Azərbaycanın humanitar təklifi qəbul edilməli, əhalinin təminatı həyata keçirilməlidir. Bu qüvvələrin önündə gedən Samvel Babayandır”, - nəşr yazır.
Qeyd edək ki, Nikol Paşinyan hakimiyyətinə yaxınlığı ilə tanınan Samvel Babayam Bakı ilə “dialoq”un tərəfdarı kimi də çıxış edir. Əslində erməni əhalisi arasında ərzaq təminatının Azərbaycan tərəfindən edilməsini dəstəkləyənlərin olduğu şübhəsizdir, lakin onlar separatçıların təzyiqinə görə hələ ki, susurlar.
Separatçıların aksiyasına dəstəyin az olması da təsdiq edir ki, erməni əhalinin əksəriyyəti mövcud vəziyyətdə onları dəstəkləmir.