Faktiki hava açıqlanıb
İyulun 31-i saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, düşən yağıntının miqdarı Xaltanda 14 mm, Lerikdə doqquz mm, Bərdədə səkkiz mm, Qax, Astarada yeddi mm, Tərtər, Şahdağda altı mm, İsmayıllı, Balakən, Zaqatala, Yevlax, Quba, Qəbələ, Lənkəran, Göyçay, Yardımlı, Neftçala, Tovuz, Gəncə, Qrız, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Daşkəsən, Gədəbəy, Qusar, Mingəçevir, Şabranda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında bir mm-dək olub.
İyulun 30-da şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Naxçıvanda 18 m/s, Bakıda və Abşeron yarımadasında arabir 18 m/s-dək güclənib.
“Neft Daşları” stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,8 metrə çatıb.