bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ay Media Company » Gündəm » "Cənnətdə keçən 27-ci yaş günü"

13-08-2023, 21:44 14 dəfə baxılıb







Vətəni sevmək - yurdunu sevmək doğmalarını sevməkdən daha yüskək bir amaldır. Elə bir duyğudur ki, onun uğrunda sevərək canından keçmək üçün insan bir an da olsun tərddüd etmir. Bu duyğu insanı ölümsüzləşdirir, əbədiyyətin işığına çevirir. Vətən tarixində unudulmaz edir...

Vətən anaların sığındığı ocaqdır. Onun başı üzərində qara buludlar varsa, oğlullar daim mübariz olmalı, haqqın zəfəri üçün döyüşməlidirlər. Azərbaycanın varlığı, haqq səsi üçün bu müqəddəs yolda daima sərvaxt dayanacağıq. Bu yolda can fəda edən Şəhid oğlullar, qazi qardaşlar xalqın vuran ürəyi, döyüşən gözü olub hər zaman. Tarix boyu fəxrimiz olaraq yaşadacayıq bu qəhrəmanları. Belə cəsur, yurdsevər, bayraq eşqi ilə ürəyi yanıb alovlanan igidlərdən biri də mənim öz doğma qardaşım - Şəhid leytenant Xalid Orucov olmuşdur...
7 avqust 1996-cı ildə Neftçala rayon Aşağı Surra kəndində dünyaya göz açan Xalid Orucov 2010-cu ildə sənədlərini C. Naxçıvanski adına hərbi liseyə verir. 2013-cü ildə hərbi liseyi bitirdikdən sonra Xalid, H.Əliyev adına Azərbaycan Ali Hərbi Akademyasına qəbul alır və Akademyanı nümunəvi bir kursant kimi bitirir. 2013-2017-ci illərdə AAHM-nı bitirən Xalid Azərbaycan Silahlı Qüvvələrinin tərkibində minaxataran kimi fəaliyyət göstərirdi...
Nazim Tapdıqoğlunun dediyi kimi, "Hərb çox ciddi bir peşədir. Başqa peşələrə heç bənzəmir. Məsələn, mən müəlliməm, Xalid isə Hərbiçi. Mən bir səhv etsəm, gələn dəfə düzəldə biləcəm və ya işimdən azad ediləcəm. Amma Xalidin balaca səhvi..." Bəli, Hərb sənəti tamamən fərqli və qürur vericidi...

27 Sentyabr 2020-ci ildə başlayan haqq savaşında Xalid Orucov daim ön cəbhədə fəaliyyət göstərmişdir. Xalid eyni Xalid idi. Sənəti, peşəsi, təhsili onu lovğa, özündənrazı qəddar biri etməmişdi. Tək amalı dayısı, Şəhid Əbülhəsənov Kazımın qisasını almaq idi. Necə bir təsadüfdür ki, Xalid, 12 oktyabr 2020-ci ildə dayısının şəhid olduğu yerdə, Füzulidə Şəhidlik zirvəsinə yüksəlmişdir...
2 il 9 ay öncə cismən aramızdan ayrılan Xalidin keçən günlərdə cənnətdə keçirdiyi 27-ci yaş günü qeyd edildi. Aparıcısı Elnur Uğur Abdıyev olan tədbirdə Neftçala rayon İcra nümayəndələri, Rayon ziyalıları, Şəhid ailələri, Kənd bələdiyyəsi, Neftçala rayon Aşağı Surra kənd əhalisi və müğənni Pərviz Hüseyinov işdirak edib.
Xalidin məzarı qərənfillərlə bəzədildikdən sonra bir dəqiqəlik sayğı duruşu ilə yad edildi.
Tədbirdə İcra nümayəndəsi İlqar müəllim çıxışı zamanı gözəl vurğuladı ki: "Artıq 3 ildir Xalidin Doğum günündə iştirak edirik, amma fəxrlə söyləyirəm ki, 3-cü il olsa da, Xalidin doğum günü təntənəli bir şəkildə keçir. Rayon əhalisi Xalidin ailəsini bu gün də yalnız buraxmır. 3 il əvvəl gördüyüm camaat yenə bursdadır. Və əminliklə söyləyirəm, lap 13 il, 23 il də keçsə ömrümüzün yetdiyi qədər biz bu qəhrəmanın məzarını ziyarət edib, onu and yerinə çevirəcəyik."

Tədbir qapalı elan olunmazdan əvvəl Şəhid Xalid Orucovun atası Saleh Orucov iştirak edən hər bir kəsi Xalidin böyüyüb boya başa çatdığı evdə açdığı ehsan süfrəsinə dəvət etdi...

Allahdan Şəhidimizə Rəhmət , ailəsinə səbr diləyirəm.

SEVİNC SALEHQIZI
"AYMEDİACOMPANY.AZ"



















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930