bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qurban Qurbanov Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

15-08-2023, 15:59 0 dəfə baxılıb





Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, 51 yaşlı mütəxəssisin yubiley qələbəsi Azərbaycan Premyer Liqasının II turuna təsadüf edib.

Onun rəhbərlik etdiyi “Qarabağ” öz meydanında “Turan Tovuz”la qarşılaşıb. 3:0 hesablı qələbə Qurbanov üçün sayca 300-cü olub.

Mütəxəssis bu rəqəmə iki komandada - “Neftçi” və “Qarabağ”da çalışdığı müddətdə çatıb. Bu göstəricidə ölkə çempionatında rekordçu olan Qurbanovun ən yaxın izləyicisi Ağasəlim Mircavadovun hesabında 204 qələbə var.

Qeyd edək ki, Qurbanovun baş məşqçi kimi çempionatdakı ilk qələbəsi 2006-cı il avqustun 6-da qeydə alınıb. Onun çalışdırdığı “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30