Bağışla Allahım, bağışla məni.
Bağışla Allahım, bağışla məni
Yorğundur qəlbim də düşüncəm kimi,
Qəribə təzaddır, bilmək olmayır.
Müəmmalı baxış, kobud davranış,
Verilən suallar cavabsız qalır...
Qəlbimi qıraraq edilən hörmət
Sanki həyatıma yeni iz salır...
Pislik etməmişəm mən heç bir kəsə
Alnıma nə üçün tale yazılıb???
Allaha üz tutub yazıram, necə???
Allaha inanan sanki qalmayıb.
Qarğış edirəmsə var bir səbəbi
Bağışla Allahım bağışla məni...
Çarəsiz bir dərdlə gənc yaşlarından
Sınağa çəkmisən axı sən məni...
Allahım fəryadım çatıb göylərə
Yeri göyü inlət, dözə bilmirəm...
Bu qədər əzaba, candan bezməyə,
Üsyan etməsəm mən ölə bilərəm...
Halalı unudub, haram yeyənlər
Bezdirib canımdan, üsyan edirəm!!!
Haram yeyənlərin yerinə inan,
Allahım yanında xəcalətliyəm...
31.07.2023 cü il
Bakı şəhəri
Elə qorxudur ki, qəlbimöhürlənənlər,
Həyatla barışmaq, yaşamaq olmur...
Sir-sifət eybəcər, zəhrimar yağar,
Haram yeyənləri tanımaq olmur...
Üz tutub Allaha diləyirəm ki,
Möhürlü qəlbiniz dursun ömürlük,
Oğurluq pullarla keyf edənlərin,
Yeri cəhənnəmdə "VİP loja" olsun...
Hörmətlə, "Qızıl Qələm" media mükafatı laureatı Şəhla Yaşar qızı Qəmbərova (Şəhla Yaşar)