bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xankəndidə qanlı toqquşmanın anonsu verildi: silahlar işə düşəcək - Video

6-09-2023, 10:00 0 dəfə baxılıb





Xankəndidəki separatçılar arasında qanlı toqquşma gözlənilir.

Publika.az xəbər verir ki, artıq Xankəndi-Ağdam yolunun açılmasına məqbul baxanların radikallar tərəfindən hədələnməsi başlanıb.

Separatçıların keçmiş qondarma “dövlət naziri”, hazırda Qarabağda silahlı dəstələr yaradan Ruben Vardanyan bildirib ki, “Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etməyənləri” və “mübarizəyə hazır olanları” dəstəkləyirlər.

“Lakin başqa yol təklif edənləri, Bakı ilə danışıqlar aparmaq haqda düşünənləri qəbul etməyəcəyik və onlar cəzalandırılacaqlar. Onlar təhlükəli oyunlar oynayır, ümumi mövqeyə zidd olanları cəzalandırmaq lazımdır”, - o deyib.

Bu, Xankəndidə toqquşmanın anonsu hesab edilə bilər. Hazırda Samvel Babayanın timsalında Bakı ilə danışıqların tərəfdarı olanlar var. Vardanyan isə buna qarşı çıxır. Separatçı rejimin daxilində də fikir ayrılıqları var. Hər iki cəbhənin – həm Babayanın, həm də Vardanyanın silahlı dəstələri mövcuddur. İstisna deyil ki, qarşıdurma silahlı toqquşmalara gətirib çıxaracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031