Bakıda axtarışda olan 38 yaşlı qadın mənzildən oğurluq edib
Bakı şəhərində axtarışda olan qadın mənzili qarət edib.
Trend-in məlumatına görə, hadisə iyulun 4-də Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsində yerləşən evlərdən birində baş verib. Naməlum şəxs həmin evdən 700 manat pul oğurlayıb.
Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb. Araşdırmalar zamanı həmin qadının axtarışda olduğu üzə çıxıb.
Faktla bağlı araşdırma aparılır.