bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Anklavlar, dəhliz və Qərbi Azərbaycan... - erməni terrorunun ideoloqları qorxu içində

27-11-2023, 10:05 1 dəfə baxılıb





Bölgədə mövcud vəziyyət, xüsusilə Azərbaycanın güclü mövqeyi və Prezident İlham Əliyevin milli maraqlarda prinsipiallığı erməni millətçiliyinin mərkəzi olan kilsəni də qorxuya salıb.

Publika.az xəbər verir ki, daim terroru, işğalı dəstəkləyən erməni keşişlər baş verəcəklər haqda danışmağa başlayıblar.

Ermənistanın Şirak yeparxiyasının rəhbəri, yepiskop Mikael Acapaxyan bildirib ki, Bakının tələbləri getdikcə sərtləşəcək.

“Anklavların qaytarılması, dəhlizin açılması, azərbaycanlıların Qərbi Azərbaycana qayıtması və s. Bütün bunlar Əliyevin Paşinyandan tələb etdiyi məsələlərdir”, - o iddia edib.

Erməni keşiş qeyd edib ki, bu vəziyyətdən çıxış yolu yoxdur: “İndi heç nə etmək mümkün deyil. Çıxış yolu nəzəri cəhətdən yalnız güclənmək, qonşulardan daha güclü orduya sahib olmaqdır. Bu mümkün görünə bilər, lakin real deyil”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930