bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Əliyevin Özbəkistan səfəri: Bakı Orta dəhlizdə yeni güc mərkəzi yaradır

23-08-2024, 21:56 1 dəfə baxılıb






Prezident İlham Əliyevin Özbəkistan səfəri iki ölkə arasındakı strateji tərəfdaşlığı və dərin inteqrasiyanı genişləndirməklə yanaşı, geosiyasi proseslər və onun regiona təsirlərindən, xüsusilə nəqliyyat dəhlizlərindəki mübarizədən də qaynaqlanır.

Hazırda ABŞ və Çin-Rusiya cəbhəsinin Orta dəhlizə nəzarət uğrunda qarşıdurması kəskinləşib. Bu mübarizədə dəhliz üzərindəki ölkələr çətin seçimlər qarşısında qalır. Bakının həyata keçirdiyi siyasət Orta dəhlizdə Azərbaycanın və marşrut üzərindəki ölkələrin strateji əməkdaşlığına nail olaraq, geosiyasi cəbhələrin təzyiqləri qarşısında mövqelərin güclənməsinə hesablanıb. Azərbaycan və Mərkəzi Asiya ölkələri strateji tərəfdaşlığı inkişaf etdirməklə:

- ABŞ və Çin-Rusiya cəbhəsinə qarşı daha güclü mövqe sərgiləyə, bu cəbhələri əməkdaşlığa sövq edə bilərlər: bu, həm təzyiq dalğasını zəiflədəcək, həm də bu marşrut üzərindəki ölkələrin dəstəyini qazanmaq uğrunda rəqabəti artıracaq;

- Orta dəhlizin infrastrukturunu inkişaf etdirməklə bu marşrutun aktuallığının azalmasına imkan verməyə bilərlər;

Bakı-Daşkənd xəttindəki strateji əməkdaşlığa və Əliyevin Özbəkistan səfərinə bu kontekstdə də baxa bilərik.

Orta dəhliz üzərində iki önəmli oyunçu olan Azərbaycan və Özbəkistan bir-birini qarşılıqlı tranzit olaraq görür:

- Özbəkistan Azərbaycan vasitəsilə Avropaya çıxışı təmin etmək istəyir: bu ölkənin malları dəniz yolu ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gətirilir və buradan bazara çıxarılır; bu il ərzində Özbəkistandan 1 milyon tondan çox yükün Azərbaycan vasitəsilə daşınacağı proqnozlaşdırılır, tərəflər yükdaşıma qabiliyyətini ildə 5 milyon tona çatdırmağı planlaşdırırlar, hətta Özbəkistan bu məqsədlə Bakı limanında anbar da inşa etmək niyyətindədir;

- Azərbaycan da Özbəkistan vasitəsilə Çin və Cənubi Asiya bazarına çıxış əldə edir: bu məqsədlə Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin Xəzər dənizinə qədər uzadılması planlaşdırılır;

İki ölkənin qarşılıqlı maraqları həm də Bakı və Daşkəndin Orta dəhliz üzərindəki mövqelərini gücləndirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930