bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Çar ailəsini belə qətlə yetiriblər – Rusiyanın baş prokuroru dəhşətli faktları açıqladı

23-08-2024, 21:58 0 dəfə baxılıb





Rusiya Federasiyasının baş prokuroru İqor Krasnov çar ailəsinə qarşı amansız repressiya barədə danışıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, Krasnov bu barədə jurnalist və yazıçı Sergey Minayevə müsahibəsində məlumat verib.

Baş prokuror bundan əvvəl Rusiya imperatorunun və onun yaxınlarının qətlinin təfərrüatlarını üzə çıxaran istintaqa rəhbərlik edib.

“Edam iştirakçıları qətl zamanı onların (Romanovlar ailəsinin üzvləri) dərhal ölmədiklərinə, sağ qaldıqların çox təəccübləniblər. Arvad və qızların paltarlarına zinət əşyaları tikildiyi üçün güllələr onların üstündən sıçrayıb”, - İqor Krasnov deyib.

“Və bu, qatillər üçün möcüzə idi, onlar sonradan bu barədə danışıblar... Sonra süngü ilə onların işini bitiriblər”, - baş prokuror ifadələrdəki məlumatlara istinad edərək deyib.

Çar ailəsinin zinət əşyalarının edamdan sonra hara getdiyini soruşduqda, Krasnov cavab verdi ki, "bir hissəsi mənimsənilib, bəziləri muzeylərin arxivində qalıb".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30