Ermənilər könüllü təslim olsunlar - Baş prokuror
Azərbaycanın Baş prokuroru Kamran Əliyev cinayət törətdiyinə görə beynəlxalq axtarışa verilən ermənilərə müraciət edib.
Publika.az xəbər verir ki, Baş prokuror jurnalistlərə açıqlamasında deyib ki, axtarışda olan şəxslər var: “Onlara müraciət edirəm ki, könüllü şəkildə təslim olsunlar”.
Baş prokuror qeyd edib ki, artıq axtarışda olan 4 nəfər həbs olunub.