bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Zəlzələdə türk qardaşlarımıza dəstək olan Sərvər - "Jiquli" həmrəylik rəmzinə çevrildi

6-02-2025, 11:30 2 dəfə baxılıb

 2023-cü ilin 6 fevralında Türkiyədə baş vermiş dağıdıcı zəlzələdən sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla köməyə tələsən və fotosu ilə məşhurlaşan Sərvər Bəşirli Baku TV-yə danışıb.

O, məcburi köçkün həyatı yaşadığına görə soyuqda evsiz qalmağın nə demək olduğunu yaxşı bildiyini söyləyib:

"Qohumlarımla oturmuşduq. Sosial şəbəkədə yardım kampaniyası başladıldığı haqqında məlumat gördüm. Qərara gəldik ki, əlimizdən gələni edək".

S.Bəşirli türkiyəli iş adamının dəstəyi ilə zəlzələdən zərərçəkənlərə yardım edilməsində iştirakından da bəhs edib:

"Adıyamanda idim. Çadırların qurulmasında iştirak edirdim. Yardım paylayanda bir adam yaxınlaşdı. Ona iki adyal verdim, amma birini qaytardı. Sonradan öyrəndim ki, onun ailəsi zəlzələ zamanı uçqun altında qalıb".

Türkiyəli iş adamının ona avtomobil hədiyyə etməsindən də danışan Sərvər bəy yardımı maşın yox, qardaş ölkələr olduğumuz üçün göstərdiyini vurğulayıb:

"İş adamına zəng edib, bu barədə ona dedim. Söylədi ki, elə bil qardaşın sənə bir stəkan su təklif edir. Daha sonra həmin şəxs mənimlə görüşməyə gəldi. Evimin tikilməsinə də dəstək göstərdi".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031