bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Koronavirus peyvəndi vurulan qadından AÇIQLAMA

15-04-2020, 18:20 96 dəfə baxılıb

Koronavirus peyvəndi vurulan qadından AÇIQLAMA
Martın 16-da ilk dəfə Sietl şəhərində aparılan koronavirus peyvəndinin sınaqlarında iştirak etmiş Ceniffer Haller vaksinin təsirləri haqqında danışıb.

Bizimlider.com "The Telegraph” nəşrinə istinadən xəbər verir ki, Haller nə qədər riskli eksperimentdə iştirak etdiyini əvvəl tam dərk etməyib. Bu səbəbdən o, ilk öncə klinik sınaqların daşıdığı risklər haqqında məlumatlandırılıb.

Hallerin sözlərinə görə, mRNT-1273 adlı peyvənd pereparatı adi qrip peyvəndinə bənzəyir. Peyvəndin vurulması zamanı o, heç bir ağrı və qıcıqlanma hiss etmədiyini bildirib.

Ceniffer peyvənddən sonra hiss etdikləri barədə danışıb: "İlk gün hərarətimin cüzi qalxdığını hiss etdim. İkinci gün isə qolum bərk ağrımağa başladı. Ancaq bununla hər şey bitdi. Daha sonra hər şey yaxşı idi”.

Qeyd olunub ki, təhlükəsizlik məqsədilə Haller karantinə alınıb. Bir müddət sonra ona digər 44 könüllü ilə birlikdə yenidən peyvənd vurulacaq. Gələn ilin aprel ayına kimi həkimlər onun vəziyyətini müşahidə edəcəklər.

Xatırladaq ki, bir müddət əvvəl heyvanlarda uğurla nəticələnən mRNT-1273 peyvəndinin insanlar üzərində sınaqlarına başlanılmışdı.Qafqazinfo






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30