bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Putinin kinayəli Qarabağ açıqlamasına Ərdoğandan CAVAB

18-12-2023, 13:01 0 dəfə baxılıb



“Rusiya Prezidenti Vladimir Putin hər dəfə kinayəli şəkildə “Ermənistan Qarabağı Azərbaycan ərazisi tanıdıqdan sonra Rusiya çarəsiz qaldı” dedikcə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycanla müttəfiqlik ruhuna uyğuna olaraq, “Qarabağın işğaldan azad edilməsi uğurdur” fikrini təkrarlayır. Türkiyə Cümhurbaşqanı son çıxışında bu mövzuya yeni fikirlərini əlavə etməklə toxunub: “Biz gücləndikcə bizə ümid bağlayan dostlarımızın da güvəni artır. Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı. Keçmişlə müqayisədə çox fərqli və müsbət atmosfer var. Qarabağın işğaldan azad edilməsi bu ab-havanı daha da gücləndirdi”.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Ərdoğan haqlıdır. Türkiyə bölgədə gücləndikdən və söz sahibinə çevrildikdən sonra Ankara Rusiyanın Azərbaycana mümkün təzyiqlərini zəiflətdi və bu bizə 3 il ərzində işğala son qoymağa və ərazi bütövlüyümüzü tam bərpaya şərait yaratdı. O da həqiqətdir ki, Qarabağın azad edilməsi türk dövlətləri arasında inteqrasiyanı gücləndirib. Böyük ehtimalla Ərdoğan, “Qarabağın azad edilməsi müsbət ab-havanı gücləndirib” – dedikdə bunu da nəzərdə tutub”, – politoloq vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031