bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Naxçıvan Muxtar Respublikasının 100 illik yubiley loqotipi təsdiq olunub

10-02-2024, 09:57 0 dəfə baxılıb




Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamına əsasən, muxtar respublikanın yubileyinin keçirilməsi ilə bağlı yaradılan təşkilat komitəsi üzvlərinin seçimi ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubiley loqotipi təsdiq edilib.

Oxu.Az xəbər verir ki, loqotipin müəllifi Naxçıvan Rəssamlar Birliyinin üzvü Nahid Əliyevdir.

Loqotipdə Naxçıvanın rəmzi olan Möminə Xatun türbəsinin naxışları ilə əks etdirilən 100 rəqəminin aşağı hissəsində dövlət bayrağımızın rənglərindən istifadə edilib. Loqotipin sol aşağı hissəsində isə “1924-2024 Naxçıvan Muxtar Respublikası” sözləri yazılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031