bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

AFƏT OQTAY QIZI MƏMMƏDOVANI 5 oktyabr - Müəllimlərin peşə bayramı münasibəti ilə ürəkdən təbrik edirik

2-10-2024, 10:03 19 dəfə baxılıb




Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir...

Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də var. Bu, müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.

Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, buna görə ilk növbədə müəllimlərə minnətdar olmalıyıq.

Müəllimlik həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşədir. Müəllim əməyi əsl fədakarlıq nümunəsidir. O, təhsildə aparıcı sima, ən nüfuzlu şəxsdir. Xalqın tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən başlayır.

Respublikamızda müəllim kadrlarının hazırlanması və onların təkmilləşdirilməsi də həmişə diqqət mərkəzində olmuşdur. Bir neçə ali və orta ixtisas məktəbimiz müəllim kadrları hazırlamaq sahəsində böyük təcrübəyə malikdir.

Bu cür savadlı, öz işinin peşəkarı həmçinin sənətinin vurğunu müəllimələrdən biri də sözün həqiq mənasında gözəl insan AFƏT OQTAY QIZI MƏMMƏDOVADIR. O, 1966 il- təvəllüdlü Bakı şəhərində anadan olmuşdur. Afət müəllimə Professor, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı, həmçinin Əməkdar müəllimdir.

Afət müəllimə cəmiyyəti savadlı gələcəyə, xalqımızı işıqlı sabaha aparan şəxsdir. O, öz ziyası, nuru ilə təkcə şagirdlərinin yoluna deyil, bütün cəmiyyətə işıq saçır. Eyni zamanda gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir.

Bizdə öz növbəmizdə redaksiyamız adından AFƏT OQTAY QIZI MƏMMƏDOVANI 5 oktyabr - Müəllimlərin peşə bayramı münasibəti ilə ürəkdən təbrik edir, Azərbaycanın xoşbəxt gələcəyi naminə çəkdiyiniz fədakarlığın, sonsuz zəhmətinizin töhfəsini görməyi arzulayırıq!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031