bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

ADA Universiteti və Respublika Uşaq Kitabxanası arasında memorandum imzalanıb

3-10-2024, 13:38 9 dəfə baxılıb





Oktyabrın 2-də ADA Universiteti Kitabxanası və Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

ADA Universitetindən bildirilib ki, memorandumun məqsədi gənc nəslin nümayəndələri arasında elmi kütləviləşdirmək, dünyada baş verən innovativ inkişaf fonunda uşaq və gənclərin oxumaq ənənəsini qoruyub saxlamaq və onların akademik inkişafını dəstəkləməkdir.

Ölkəmizdə keçirilən 10-cu Yubiley Bakı Beynəlxalq Kitab Sərgisi zamanı imzalanan sənədi ADA Universitetinin Kitabxana-informasiya xidmətləri departamentinin direktoru Elçin Məmmədov və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova imzalayıblar.

Elçin Məmmədov bildirib ki, böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyini qeyd etdiyimiz bu günlərdə imzalanan memorandum elmi, biliyi və müvafiq sahə üzrə ədəbi nəşrləri cəmiyyət üzvlərinə, xüsusilə də uşaq və gənclərə əlçatan edir, kitabxana sahəsində əməkdaşlığı gücləndirir.

Üç il müddətində qüvvədə olacaq bu sənəd kitabxana işi sahəsində təcrübə və informasiya resurslarının, onlayn kataloq və rəqəmsal xidmətlərin mübadiləsini, uşaq ədəbiyyatı və əlaqəli sahələr üzrə çap və audiovizual materialların qarşılıqlı istifadəsini təmin edəcək, habelə uşaq və gənclərə kitabxanadan müddətli istifadə hüququ qazandıracaq.

Memorandum çərçivəsində tərəflər beynəlxalq seminar, elmi konfrans, dəyirmi masalar təşkil edəcək və qarşılıqlı maraqdan irəli gələn yerli və beynəlxalq layihə və proqramlarda birgə iştirak edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031