bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə əslində, Azərbaycanın qeyri-institusional inkişaf vasitəsinə çevrilib

16-09-2020, 12:09 231 dəfə baxılıb

Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə əslində, Azərbaycanın qeyri-institusional inkişaf vasitəsinə çevrilib
Ceyhun Qadir oğlu Əliyev 1973-cü ildə Naxçıvan MR Ordubad rayonu Behrud kəndində anadan olmuşdur. 1990-cı ildə Behrud kənd orta məktəbini bitirib. 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinə daxil olmuş, 1998-ci ildə həmin fakültəni bitirərək, 1999-cı ildə internaturada olmuşdur.
2002-ci ilin yanvar ayının 15-dən 4saylı Vərəm Əleyhinə Dispanserdə ambulatoriya şöbəsində pedioftiziatr vəzifəsində çalışıb. 2002-ci ilin sentyabr ayında həqiqi hərbi xidmətə çağırılıb, ordu sıralarında tibb xidməti baş leytenantı rütbəsi ilə tabor tibb məntəqə rəisi vəzifəsində çalışmışdır.
2004-cü ilin may ayında ordu sıralarından tərxis olunmuş və yenidən 4 saylı Vərəm Əleyhinə Dispanserdə əvvəlki vəzifəsi üzrə fəaliyyətini davam etdirmişdir.
2006-cı iln noyabr ayının 1-dən həmin dispanserdə Reanimasiya və İntensiv Terapiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Eyni zamanda 2009-cu ilin iyul ayından 2018-ci ilədək Milli Vərəm Proqramında kurator kimi fəaliyyət göstərmişdir. 2017-ci ilin noyabr ayından Bakı şəhəri Xətai rayonu 2 nömrəli Vərəm Əleyhinə Dispanserdə baş həkim vəzifəsində çalışır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2017-ci ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Ailəlidir, 2 övladı var.

****

Son əlli ildə qadınların siyasətdə rolunun artması müşahidə olunur. Ölkəsinin sosial-humanitar və mədəni modernləşməsinin ilhamvericisi olan Azərbaycanın birinci xanımı da müasir dünyanın görkəmli lider qadınları sırasındadır.

Digər tərəfdən, bu fenomenin milli siyasi məkanda formalaşması faktı dünya trendinə tam uyğundur. Axı, Avrasiyanın şərqinin siyasi tarixi baxımından “Əliyeva amili” qadınların inqilabi şəkildə siyasətə qoşulmasının və onların dünya ölkələrinin çoxunun idarəçilik strukturlarına yol tapması imkanlarının genişlənməsinin qanunauyğun nümunəsidir. Bu mənada Azərbaycan Avrasiyanın tarixən təşəkkül tapmış “qadın siyasəti” dairəsində özünün mövcudluğunu bir daha diqqətə çatdırır.

Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə əslində, Azərbaycanın qeyri-institusional inkişaf vasitəsinə çevrilib. Fond öz layihələri ilə səhiyyə, elm və təhsil sahələrində dövlət siyasətini tamamlayır, informasiya kommunikasiyaları və ətraf mühitin mühafizəsi sahələrində ölkə üçün pilot layihələr işləyib hazırlayır.

Birinci xanımın Azərbaycan paytaxtının memarlıq simasının dəyişməsində rolunu da diqqətdən kənarda qoymaq olmaz. Dünyanın ən yaxşı arxitektorları tərəfindən həyata keçirilən, Bakını həqiqətən dəbdə olan müasir şəhərə çevirən bir sıra layihələr Mehriban Əliyevanın şəxsi iştirakı sayəsində mümkün olub.

Beləliklə o, öz işində iki istiqaməti – Azərbaycanın kompleks humanitar “brend” kimi dünyada irəliləməsini və ölkənin sistemli sosio-mədəni inkişafını uğurla sintezləşdirə bilib. Onun rəhbərliyi ilə bu iki proses, necə deyərlər, çiyin-çiyinə irəliləyir.

Sevindirici haldır ki, bu işlə sadəcə təyin edilmiş məmur deyil, fəal həyat mövqeyi, bitib-tükənməyən enerjisi və güclü xarizması olan mütərəqqi əqidəli bir insan məşğul olur. Ən başlıcası isə unutmayaq ki, indiki halda söhbət üç övlad tərbiyə etmiş cazibədar xanımdan gedir. Gözəllik ilə xeyirxahlığın vəhdəti onun hər addımını sosial reallığı dəyişən yaradıcılığa çevirir. Görünür, Mehriban Əliyeva fenomeninin sirri də elə bundadır...

Mehriban xanımın formalaşdığı mühit Azərbaycanın tarixi ilə ayrılmaz şəkildə bağlıdır. Mehriban Əliyeva fenomeni başqa amillərlə yanaşı, həm də iki konkret ailənin – Paşayevlər ilə Əliyevlərin qohum olmasının nəticəsidir. Mehriban xanımın babası, görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayev əslən İrandan idi. Anası Aida İmanquliyeva tanınmış ərəbşünas olub, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq edib. Mehriban Əliyevanın həyat yoldaşının, indiki Prezident İlham Əliyevin atasının təqdimata ehtiyacı yoxdur: Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur. Bu fakt çox şeyə dəlalət edir...

Mehriban Əliyeva Azərbaycanın və postsovet məkanının ayrılıqda götürülən tarixi baxımından müstəsna, amma qlobal proseslər baxımından obyektiv qanunauyğun fenomendir. Söhbət son 50 ildə qadınların siyasətdə rolunun artmasından gedir. Bu prosesin başlanğıcını Sirimavo Bandaranaike qoyub. O, 1960-cı il iyulun 21-də Şri-Lankada dünyada ilk qadın Baş nazir olub. Onun rəhbərliyi ilə ada müstəmləkə asılılığından və müharibədən xilas olub. Sonra o, daha iki dəfə Baş nazir seçilib.

Şəksiz ki, onun izi diplomatiya dünyasında da qalacaq. Azərbaycanın birinci xanımı sivilizasiyaların qlobal dialoquna həqiqətən müstəsna töhfə verib. Mehriban xanım Qərbdə Şərqin qeyri-rəsmi elçisidir və klassik Qərb dəyərlərinin “vətəni” olan Avropanı Asiyada və öz vətənində təmsil edir. Birinci xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu Avropada islam-xristian dialoqunda böyük rol oynamağa başlayıb. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanın özündə Fondun təşəbbüsü ilə katolik və pravoslav kilsələri, sinaqoq təmir edilir.

Ceyhun Qadir oğlu Əliyev
Bakı şəhəri Xətai rayonu 2 nömrəli
Vərəm Əleyhinə Dispanserin baş həkimi,
tibb üzrə fəlsəfə doktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930