Şəki rayonuna güclü dolu yağmışdır
Şəkinin Kiş kəndində boğulma hadisəsi qeydə alınıb.
6 iyun 2021-ci il tarixində Şəki rayonuna güclü dolu yağmışdır. Dağlardan gələn sel yağışları nəticəsində 1.5 kilometr kənd yolu yararsız vəziyyətə düşmüşdür.
Qurcana çayından gələn sel nəticəsində kənd sakini Əhmədov Şamil Azər oğlu yaylaqdan evə qayıdan zaman çaya düşərək boğulmuşdur. Sel təxminən düşdüyü yerdən 2 kilometrdən artıq aşağı gətirmişdi. Kənd sakinləri axşam saat təxminən 10_11radələrində çayın içində Əhmədov Şamil Azər oğlunun cəsədini tapmışlar. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu.
Həmçinin sel nəticəsində 2 baş iri buynuzlu mal qara tələf olmuşdur, 3 körpü yararsız vəziyyətə düşmüşdür.
Dilqəm Kərimli
Bölgə müxbiri