bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Göyçay sakini sərxoş halda tanışını güllələdi

9-05-2022, 10:22 44 dəfə baxılıb

Göyçay sakini sərxoş halda tanışını güllələdi


Göyçay rayonunda silahlı insident baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Göyçay çayının kənarındakı “DSR-in kafesi” adlanan yerdə baş verib.

Rayon sakinləri, 1961-ci il təvəllüdlü İntiqam Xıdırov və 1970-ci il təvəllüdlü Habil Babayev kafedə yeyib içdikdən sonra kafenin həyətinə çıxıblar. Məlumata görə sərxoş olan İntiqam Xıdırov özünə məxsus “Vinçester” markalı ov tüfəngini avtomobilindən götürüb və baxmaq üçün onu Habil Babayevə verib. O tüfəngə baxdıqdan sonra geri qaytarıb. İlkin ehtimala görə İntiqam Xıdırov ehtiyatsızlıq edərək tüfəngdən atəş açıb. Güllə yaxın məsafədən açıldığı üçün Habil Babayev ağız və çənə nahiyyəsindən ağır xəsarət alıb.

O, əvvəlcə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə vəziyyəti ağırlaşdığı üçün müalicə üçün Bakı xəstəxanasına yola salınıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxs saxlanılıb, odlu silah götürülüb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031