Türkiyə hotelində Rusiyanın xəbər kanallarının yayımı dayandırılıb
Rusiyanın TourDom.ru saytının oxucusu Yelizaveta redaktorlara bu yaxınlarda Kəmər yaxınlığındakı "Zena Resort” hotelində baş vermiş insidentdən danışıb. Xanımın sözlərinə görə, onun hotelə gəldiyindən iki gün sonra burada "Rossiya-24” və "RTR Planeta” kimi xəbər kanallarının yayımı dayandırılıb.
Hotelin meneceri bunun sanksiyalarla bağlı olduğunu deyib.
Həmçinin, Yelizaveta hoteldə Polşa, Slovakiya və Ukraynadan çoxlu turistlərin olduğunu və onlarla rusiyalı qonaqlar arasında heç bir insidentin baş vermədiyini bildirib.