bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Sosial şəbəkələrdə yeni fırıldaq: “Kartıma pul at, yoxsa arvadına deyəcəm”

12-09-2022, 22:03 33 dəfə baxılıb

Sosial şəbəkələrdə yeni fırıldaq: “Kartıma pul at, yoxsa arvadına deyəcəm”
Sosial şəbəkələrdə daha bir dələduzluq növü yayılıb.

Bu barədə jurnalist Ceyhun Mustafayev paylaşım edib.

O bildirib ki, bəzi şəxslər qadın profili ilə “Instagram” sosial şəbəkəsində kişi profillərinə yazaraq onlara öz fotolarını göndərirlər. Daha sonra bu şəxslər qarşı tərəfdən də onlara foto göndərməsini istəyirlər.

Qarşı tərəf fotonu göndərdikdən sonra isə kişiləri “evli ola-ola başqa qızlarla yazışdığı üçün” hədələyərək, onlardan pul tələb edir.

Dələduzlar qeyd edirlər ki, vətəndaşlar karta istədiyi məbləği atmasalar, yazışmaları birbaşa həyat yoldaşlarına göndərəcəklər.

Hədəfə çevrilən C.Mustafayev qeyd edib ki, evli olmadığı halda onu “həyat yoldaşı” ilə hədələməyə cəhd ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930