bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakıda körpəsini həyətə tullayan ata: “Patı” çəkmişdim...”

23-11-2022, 14:38 29 dəfə baxılıb

Bakıda körpəsini həyətə tullayan ata: “Patı” çəkmişdim...”



Bakıda bir yaşlı oğlunu öldürməyə cəhddə təqsirləndirilən Samir Ağakərimovun məhkəməyə verdiyi ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, o, dindirilən zaman özünü təqsirli bilməyərək göstərib ki, ibtidai istintaq zamanı ifadə verərkən narkotik vasitənin təsiri altında olub.

O deyib ki, iş üzrə qanuni nümayəndə ilə 2013-cü ildə evlənib, birgə nikahdan üç uşaqları doğulub. Əvvəllər kompüter sahəsində işləyib, lakin son vaxtlar işsiz olub. Son üç-dörd il ərzində heroin, metadon, "spays” və "patı” adlandırılan narkotik vasitə və psixotrop maddələrdən istifadə edib. Arvadı Sənəm (şərti) ilə münasibətləri normal olub.

Samir Ağakərimov söyləyib ki, hadisədən əvvəl onlar evlərini təmir etmək istəyiblər:

"Əvvəlcədən razılaşdığımız kimi, hadisə baş verən gün arvadımla evdəki əşyaları boşaltdıq. Sənəmlə aramızda mübahisə yarandı. Lakin bir yaşlı övladımı yerə, asfaltın üstünə çırpmamışam. Özüm uşaq evində böyüdüyüm üçün bu cür hərəkəti övladıma qarşı etməmişəm. İstintaq zamanı adımdan yazılan ifadəni təsdiq etmirəm. Həmişə arvadıma inanmışam. Daha sonra polis əməkdaşları yaşadığımız evə gəlib məni çağırdılar. Həmin vaxt çılpaq vəziyyətdə idim. Sonradan polislər məni Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə apardılar.

Orada olarkən həyat yoldaşımın, eləcə də üç övladımın paltarlarını soyundurtduğumu, sonra da özümün soyunaraq, evdəki bütün əşyaları yaşadığımız fərdi evin həyətinə və bəzisini də küçəyə atdığımı, daha sonra azyaşlı övladım Vahidin (şərti) əl və qollarından yapışaraq asfalt örtüyünə iki dəfə çırpdığımı, körpənin mənim övladım olmadığını və bu səbəbdən ölməli olduğunu dediyimi öyrəndim. Həmin hadisə zamanı psixotrop maddənin təsiri altında olduğumdan baş verənləri xatırlamasam da, hadisədən əvvəl və sonra baş verənləri xatırlayıram. Sadəcə, oğlum Vahidi götürərək həyətdə olan döşəyin üstünə atmışam”.

Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində bildirib ki, küçədə üzdən tanıdığı, adını bilmədiyi şəxsə beş manat pul verib ondan özü üçün "patı” alıb. "Patı”nı tək qəbul edib və bir qədər sonra evə qayıdıb. Həmin vaxt arvadı Sənəm və uşaqlar da evdə olublar. Evə daxil olub stulda oturub, sonra Sənəmlə mübahisə edib. Samir arvadına Vahidin onun uşağı olmadığını deyərək ölməli olduğunu bildirib. Sonradan nə baş verdiyini xatırlamayıb, daha sonra polis əməkdaşları yaşadığı evə gəlib onu çağırıblar. Həmin vaxt özünün çılpaq vəziyyətdə olduğunu görüb.

Qeyd edək ki, hadisə bu il aprelin 26-sı saat 16 radələrində paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, Samir Ağakərimov bir yaşlı oğlunu evdən həyətə tullayıb. Nəticədə azyaşlı kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Samir Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Ağakərimov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930