bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyə sakinlərinə mümkün fəlakətlər barədə xəbərdarlıq edildi

10-07-2023, 13:22 1 dəfə baxılıb


Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallarla Mübarizə İdarəsi (AFAD) bazar günü ölkənin Qara dəniz sahilindəki 15 bölgədə narıncı həyəcan səviyyəsi (sondan əvvəlki səviyyə - red.) elan edib.

Sözügedən ərazilərin çoxu güclü yağışlar səbəbindən su altında qalıb.

Qurumun açıqlamasında bildirilir ki, təbii fəlakətlər və yaşayış məntəqələrinə ziyan dəyməsi ehtimalı ilə bağlı xəbərdarlıq çərşənbə axşamına qədər qüvvədədir.

Qeyd edək ki, leysan yağışların fəsadları ilə bağlı məlumatlar dəqiqləşdirilir. Məlumata görə, həftənin sonunda Türkiyənin Qara dəniz bölgəsinə yağan yağışlar Bartın, Giresun, Düzce, Zonquldak, Ordu, Sakarya və Samsun vilayətlərində çayların daşmasına və selə səbəb olub.

AFAD və yerli bələdiyyələrin texnikası yolları və şəhərlərin küçələrini təmizləyir. Səlahiyyətlilər həmçinin bir sıra hissələri çökəndükdən sonra bağlanan Zonquldak-İstanbul avtomobil yolunun açılması üçün tədbirlər görürlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031