Son 50 ildə təbii fəlakətlər 2 milyondan çox insanın ölümünə səbəb olub
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) 1970-2021-ci illər arasında ekstremal hava, iqlim və su ilə bağlı fəlakətlər səbəbindən 2 milyondan çox insanın həyatını itirdiyini və 4,3 trilyon dollarlıq iqtisadi itkilərin yaşandığını bildirib.
Hesabata görə, 1970-2021-ci illər arasında 11 778 təbii fəlakət baş verib.
Təbii fəlakətlər səbəbindən iqtisadi itkilər artsa da, qabaqcıl erkən xəbərdarlıq sistemləri və koordinasiyalı idarəetmə son 50 ildə insan itkisini azaldıb.
Dünyada ölüm hallarının 90 faizi inkişaf etməkdə olan ölkələrdə baş verib. Təkcə Birləşmiş Ştatlar son 51 ildə 1,7 trilyon dollar itkilər verib ki, bu da dünya üzrə iqtisadi itkilərin 39 faizini təşkil edir.
2020-2021-ci illərdə ekstremal təbii hadisələr nəticəsində ümumilikdə 22 608 ölüm qeydə alınıb.
Qeyd olunub ki, iqtisadi itkiləri artıran təbiət hadisələrinin bir çoxu “fırtına” kateqoriyasına aiddir.