Polşanın baş naziri Saakaşvilini müayinə etmək üçün Gürcüstana həkimlər göndərib
Polşanın baş naziri Mateuş Moravetski keçmiş prezident Mixail Saakaşvilini müayinə etmək üçün Gürcüstana həkimlər göndərib.
O, bu barədə çərşənbə günü öz “Twitter” səhifəsində yazıb.
“Biz dostlarımızı bəlada qoymuruq. Mənim xahişimlə tibbi və humanitar yardım qrupunun həkimləri Gürcüstanda keçmiş prezident Mixail Saakaşvilinin hərtərəfli tibbi müayinəsinə başlayıblar”, - Moravetski yazıb.
Xatırladaq ki, Saakaşvili hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında saxlanılır.