bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Yeni "baş separatçı" bəlli oldu, Xankəndidə qarşıdurma başladı: Babayanın adamları küçələrə axışdı

9-09-2023, 15:39 0 dəfə baxılıb






Bu gün Xankəndidə separatçılar özlərinə yeni "baş separatçı" "seçiblər". Terrorçu qruplaşmalar arasında qarşıdurma olduğu, prosesin münaqişə ilə nəticələnə biləcəyi bildirilirdi.

Publika.az xəbər verir ki, münaqişə ehtimalının olması güclənir. Xankəndidən gələn məlumatlarda bildirilir ki, Samvel Babayanın tərəfdarları küçələrə axışıblar. İştirakçılardan biri deyib ki, "mitinq"də 500-ə yaxın adam var.

Xankəndidən gələn xəbərlərə görə zirzəmidə keçirilən "seçki"də yeni "baş separatçı" Samvel Şahmaryan olub. Bundan sonra tərəflər arasında qarşıdurmanın silahlı münaqişəyə çevrilmək ehtimmalı var.

Bu silahlı münaqişədən isə sadə ermənilər də əziyyət çəkə bilərlər. Ona görə də, Azərbaycan Ordusu asayişi təmin etmək, separatçı-terrorçuları zərərsizləşdirmək üçün Xankəndiyə daxil ola bilər. Bunun üçün Azərbaycanın əlində tam qanuni əsaslar var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031