Boş adamların....
Boş adamların....
Taleyin yükünü çəkənlər bilər,
Şairlər xalqının dərdini bölər.
Yarı xəyallarla, yarı gümanla
Olmayır sevgisi boş adamların!
Ömrü yarı edən puç adamları,
Anlamaq çətindir boş adamları.
Halal çörəyi də çox görür bizə,
Qəlbində sevgi yox boş adamların!!!
Sevgisiz yollarda qaldıq avara,
Düçarıq biganə könül alana.
Ürəklər dolubdur, daşır anbaan,
Heybəsi cırıqdır boş adamların...
Şəhla Yaşar qızı Qəmbərova (Şəhla Yaşar)
"Qızıl Qələm" media mükafatı laureatı
Bakı şəhəri