bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

 Pərviz Heydərov yazır... Ölkədə son günlər həyata keçirilən məlum kadr dəyişiklikləri, xüsusilə də 2018-ci ildən bəri əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışan Sahil Babayevin bir müddət boş qalan maliyyə naziri postuna təyin edi

12-02-2025, 22:00 0 dəfə baxılıb

 Tez hazırlanan sıyıqlar diabet və aterosklerozun yaranmasına səbəb ola bilər.

Bizimlider-ın xəbərinə görə, bu barədə rusiyalı bioloq, Rusiya Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin dekan səlahiyyətlərinin icraçısı İrina Lyalina "News.ru"ya müsahibəsində danışıb.

Bioloqun sözlərinə görə, məhsul yüksək glisemik indeksə malikdir ki, bu da qanda şəkərin kəskin sıçrayışlarına və tədricən də insulin rezistentliyinə (insulinə müqavimət) gətirib çıxara bilər.

"Tez hazırlanan sıyıq və pürelər sağlamlığa, xüsusən də ürəyə mənfi təsir göstərə bilər. Tərkibindəki yüksək glisemik indeks zamanla insulin rezistentliyinə və 2-ci tip diabetə, pis xolesterinin səviyyəsinin artmasına və nəticədə ateroskleroz və hipertoniya riskinin yüksəlməsinə səbəb ola bilər", - deyə İrina Lyalina bildirib.

Mütəxəssis qeyd edib ki, bu cür məhsulların tərkibində çox miqdarda duz ola bilər və bu da bədəndə mayenin saxlanmasına, qan təzyiqinin artmasına səbəb olur, həmçinin ürəyə əlavə ağırlıq verir. Bu, Lyalinanın fikrincə, ürək-damar xəstəliklərinin inkişaf ehtimalını artırır.

"Həmçinin bəzi tez hazırlanan kartof pürelərinin tərkibində palma yağı və hidrogenləşdirilmiş yağlar var ki, bu da "pis" xolesterinin səviyyəsini yüksəldir və qan damarlarında iltihab və laxtalanma riskini artırır", - deyə bioloq vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728