bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Professor Məhbubə Vəliyeva: “Professor Məhbubə Vəliyeva: “Azərbaycanın əczaçı alimləri çox ciddi yeniliklər tətbiq ediblər” ”

14-03-2024, 14:08 14 dəfə baxılıb




Əczaçılıq sahəsinin formalaşması, mövcud dünya standartlarına uyğun inkişafı və bu sahədə tədrisin davamlı təşkili hər bir ölkə üçün əhəmiyyətlidir. Ölkəmizdə əczaçılıq təhsilinin inkişaf mərhələri haqqında Azərbaycanın ilk qadın əczaçılıq elmləri doktoru, Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin “Əczaçılıq texnologiyası və idarəçiliyi” kafedrasının müdiri, professor Məhbubə Vəliyeva Fact-info.az-a fikirlərini açıqlayıb.

-Azad, müstəqil Azərbaycan Respublikasında son illərdə sosial-iqtisadi proseslərin dinamik inkişafı, bazar münasibətləri şəraitində əczaçılığın yeniləşmədə olan rolu, funksiyası əsaslı şəkildə dəyişmiş, fəaliyyət dairəsi genişlənmişdir. Əczaçılıq müəssisələri, firmaları, dərman vasitələrinin topdan və pərakəndə satış mərkəzləri, əczaçılıq sənayelərinin sürətlə inkişafı sözsüz ki, əczaçılıq təhsilinin müasir inkişafını tələb edir. Təbii ki, bu baxımdan təhsil çox vacib və gərəklidir. Təhsil elmsiz, elm təhsilsiz inkişaf edə bilməz. Əczaçılıq– tibbin ən vacib sahəsi olub. Dərman vasitələrinin axtarışı, emalı, hazırlanması, istehsalı, sertifikatlaşması, saxlanması, satışı ilə formalaşır, mövcüd dünya standartlarına uyğun inkişaf edir. Azərbaycanda müasir səviyyədə tədrisin, elmin təşkili bizim ölkə üçün çox əhəmiyyətlidir.

Əczaçılar əvvəlcədən düşünən, tədbir görən mütəxəssislər olub, Xəstələrin profilaktikası və müalicəsi üçün müxtəlif əczaçılıq məhsulları yaratmalıdırlar. Əgər hər hansı xəstəliklərin müalicəsinə aid dərman vasitəsi yaradılmayıbsa, deməli, o xəstəliyin müalicəsi də tam ola bilməz.

Əczaçılıq sektorunun inkişafı strateji, sosial və iqtisadi əhəmiyyət kəsb edir. Ona görə, dövlətimizin ən mühüm prioritetləridən biri də ölkəmizdə əczaçılıq sektorunun strateji inkişafına aid siyasətini uğurla həll edib, əhalimizi fasiləsiz olaraq səmərəli, keyfiyyətli və təhlükəsiz dərmanlarla təmin etməkdən ibarətdir.

- Məhbubə xanım, bu proses necə gerçəkləşir?

-Müasir dövrümüzdə Azərbaycanın uğurlu inkişafı təmin olunur. Ölkələrarasında duran bütün əsas vəzifələr uğurla icra edilir. 2023-cü ilin əvvəlində Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin əczaçılıq sektorunun dayanıqlı inkişafına aid sərəncamı: əczaçılıqda təhsilin, elmin inkişafı, dərmanların satışı və əczaçılıq sənayelərin yaradılamsı vahid bir proqram kimi bütün əczaçıların qarşısına dayanıb.

-Əczaçılıq sahəsində, dərman istehsalında bu inkişaf tendensiyası necə reallaşır?

-Ölkəmiz müstəqillik qazandıqdan sonra əczaçılıq sənayesinin sürətlə inkişafi istiqamətində işlər davam edir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Pirallahı Sənaye Parkı”nın yaradılması haqqında xüsusi sərəncamından sonra bir neçə əczaçılıq sənaye sahələri yaradıldı və bu proses davam etməkdədir. Sevindirici haldır ki, bizim bir patent əsasında “Biyan” Milli sənaye parkı Ağdaş rayonunda yaranmışdır. Daha sonra “Biyan Products” MMC nəzdində Ağdaş rayonunun 1039 hektar torpaq sahəsində “Biyan Sənaye Parkı” yaradıldı. 1000 ha sahədə biyanm əkini və tədarükü, 11 ha sənaye kompleksi: “Biyan Tədarükü zavodu”; “Biyan Emalı zavodu”; “Bitki Ekstraktlan və Müalicəvi şərbətlər zavodu” birgə fəaliyyətə başladı. Bu sənayedə ölkəmizin milli sərvəti hesab edilən dərman bitki xammalından hamar və ya tüksüz biyan - Glycyirrhiza glabra əsasında: xırdalanmış kök və kökümsovlar, biyanın qatı ekstraktı, biyan və müxtəlif dərman bitkiləri əsasında müalicəvi şərbətlər istehsal olunur. Bunlarla yanaşı gələcəkdə 250 çeşiddə homeopatik vasitələr; 60 adda yeni patentiəşdirilmiş fıtopreparatlar, 24 çeşiddə müalicəvi-kosmetoloji vasitələr ölkəmizdə istehsalı olacaq və xarici ölkələrə ixrac olunacaq.

-Məhbubə xanım, əczaçılıq təhsilinin mövcud vəziyyəti haqqında nə deyə bilərsiniz?

-Ötən əsrin əvvəllərində Azərbaycanda əczaçı demək olar ki, yox idi. Ölkəmizin çox dəyərli rəhbəri, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyev 1938-ci ildə Azərbaycanda Əczaçılıq İnstitutu yaratdı, həmin İnstitut 5 il fəaliyyət göstərdi, ilk ali təhsilli əczaçılar formalaşdırdı. 1942-ci ildə vətən müharibəsi ilə əlaqədar həmin institut bağlandı. Əczaçılıq institutu əczaçılıq fakültəsi kimi Azərbaycan tibb İnstitutuna daxil edildi. Sonra Azərbaycan Tibb İnstitutunun nəzdində əczaçılıq fakültəsi kimi qaldı. Əczaçılıq sahəsində tədris formalaşmamışdı. Hazırda Universitetimizin əczaçılıq fakültəsində 13 professor, 54 elmlər namizədi, dosent çalışır. Rəhbərlik etdiyim əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında 2866 elmi məqalə və elmi tezis, 25 dərslik (dərs vəsaitləri) , 95 patent və ixtira, 28 səmərələşdirici təklifə şəhadətnamə, 30 texniki şərt, 12 farmakopeya məqaləsi, 28 tədris metodiki vəsait, 26 metodik göstəriş çap olunub. Kafedrada 42 fənndən dərs aparılır: 13 fənn bakalavr səviyyəsində tədris olunur, 29 fənn magistratura pilləsində iki ixtisas üzrə: ”Əczaçılıq texnologiyası” və “Əczaçılığın təşkilində təhsil alan: I və II kurs magistrantlar üçündür. Bu fənnlərin əksəriyyəti ilk dəfədir ki, yaradılıb, Kafedrada yeni dərs proqramları, yeni dərsliklər, dərs vəsaitləri çapdan çıxıb. Bu da müasir tələbata tam uyğundur. Üç dildə: Azərbaycan, rus, ingilis dilində tələbələrə tədris edilir. Mükəmməl əczaçılığın tədrisi, onların müasir elmi-əsaslı işlərin yerinə yetirilməsinə kömək edir. Kafedramızda 90-dan cox magistr, 40 namizdəlik, 4 doktorluq dissertasiyası yerinə yetirilb və yetirlir. Mükəmməl təhsil bazamız var. Universitetimizin hörmətli rektoru, professor Gəray Gəraybəyli kafedramıza daim diqqət göstərir. Maddi-texniki bazamız mütəmadi olaraq yenilənir. Bu da tədrisdə, elmdə öz əksini tapır. Yüzlərlə yetişdirdiyimiz tələbələr indi müxtəlif sahələrdə Azərbaycanın əczaçılıq sahəsində öz töhfələrini verirlər. Biz təhsilimizdə çox modern üsullarla çevik mexanizm tətbiq etmişik. Məhz bu mexanizmin tətbiqi nəticəsində keyfiyyətli təhsil tələbələrimizin peşəkarlığına stimul verir. Əczaçılıq fakültəsinin ixtisas kafedralarında çalışan professor-müəllim heyəti, yüksək ixtisaslı əczaçı kadrlar hazırlamaqla yanaşı, həmçinin elmi-pedaqoji kadrların hazırlanmasında da yaxından iştirak edirlər. ATU- nun əczaçılıq fakültəsinin elmi- pedaqoji potensialı və kafedraların son illərdə genişləndirilmiş maddi - texniki bazası imkan verir ki, diploma qədər və diplomdan sonrakı pillələrdə fasiləsiz əczaçılıq təhsili müasir tələblərə uyğun davam etdirilsin. Onu da qeyd edim ki, əczaçılıq fakültəsinə çox xarici ölkələrdən: Türkiyə, İran, İraq, Sudan və başqa ölkələrdən gələn tələbələr təhsil alır. Onlara dərslər ingilis dilində aparılır və tələb olan dərs vəsaitləri ingilis dilində yenidən hazırlanır.

-Tibb və əczaçılıq elə bir sahədir ki, təcrid olunmuş vəziyyətdə inkişaf edə bilməz. Bu baxımdan beynəlxalq aləmlə əməkdaşlığınızı necə qurursunuz?

-Azərbaycanın əczaçı alimləri çox ciddi yeniliklər tətbiq ediblər. Milli və Beynəlxalq səviyyədə 90-dan çox patent almışıq. Hətta alimlərimiz və tələbələrimiz xarici ölkələrdə mükafatlanıb, medallar, ordenlər ölkəmizə gətirib. Biz çox sayda əczaçılıq məhsulları: dərman preparatları, müalicəvi-kosmetoloji vasitələr, yeyintilərə əlavələr, homeopatik yaradıb milli əczaçılıq sənayelərinə tətbiq etmək üçün tövsiyə edirik. Bu yeniliklər bir çox faktorlarla bərabər dünya ilə sıx inteqrasiya şəklində mümkün olmuşdur. Dünyanın çox tanınmış tibb ocaqları, əczaçılıqla məşğul olan elmi tədqiqat mərkəzləri ilə əməkdaşlığımız çox genişdir. Qarşılıqlı təcrübəni bölüşmək və həmçinin yeniliklərlə tanış olmaq üçün mütəmadi olaraq beynəlxalq tədbirlərdə biz iştirak edirik. Belə əməkdaşlıq bizim fəaliyyətimizə çox müsbət təsir göstərir. Ali əczaçılıq təhsilinin yeni istiqamətdə inkişaf edib formalaşmasında, həmçinin beynəlxalq miqyasda əlaqələrin inkişafında mühüm rol oynamaqdadır. Son illərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNESKO, Beynəlxalq Əczaçılıq Federasiyası (BƏF)-İnternathional Pharmaceutical Federation, Federation İntemathionale Pharmaceutique (FİP) kimi qurumlarla olan əlaqələr, əczaçılıq təhsilinin inkişafına mühüm təsir göstərmişdir. Hazırda dünyada tibb elmində, bir çox sahələrdə olduğu kimi, əczaçılıqda da sürətli yeniliklər baş verir. Təbii ki, bizim hədəfimizdə o durur ki, həm əczaçılıq təhsilinin inkişafına, bu sahədə elmi tədqiqatlara, həm də əczaçılıq sənayesinin formalaşmasına öz töhfəmizi verək. Əczaçılıq sahəsində peşəkar kadrların yetişməsi, maddi-texniki bazanın yetərli şəkildə təmanatı bir çox sahələrin, xüsusilə əczaçılığın inkişafına təkan verəcək.








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930