bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Yüksək mənəvi dəyərlərin daşıyıcısı: xoşməramlı elçi

25-07-2024, 14:09 15 dəfə baxılıb








Bizcə, Mehriban xanım Əliyevanın bir dövlət xadimi kimi geniş potensialının reallaşmasına Prezident İlham Əliyevin uzaqgörənliklə onu ölkənin Birinci vitse-prezidenti təyin etməsi ciddi təkan verib. Mehriban xanım fəaliyyəti ilə idarəetmə bacarıqlarını, dövlət başçısının tapşırıqlarını qüsursuz yerinə yetirmək qabiliyyətini nümayiş etdirməkdədir.

Maraqlıdır ki, Azərbaycanın birinci xanımı Birinci vitse-prezident kimi işlərinin çox olmasına baxmayaraq, öz xeyirxahlıq fəaliyyətini səngitməyib. Mehriban xanım Əliyeva bunun şüurlu həyat seçimi olduğunu vurğulayır: "İstər UNESCO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir".

Açıq demək lazımdır ki, bütün dünya üçün bu kimi keyfiyyətlərə malik dövlət adamları çox gərəklidir. Çünki BMT-nin hesabatlarında da göstərildiyi kimi, Myanmardan tutmuş Afrika cəngəlliklərinə qədər hər yerdə uşaqlara, qadınlara, qocalara, köməksizlərə qarşı ciddi hüquq pozuntuları olur, yoxsulluq, səfalət baş alıb gedir, zorakılıq edilir və s. Belə bir şəraitdə əsl dövlət adamları həm də xeyriyyəçi olmalı, köməksizə əl uzatmalı, İslamda deyildiyi kimi, "yaradılanı yaradan üçün sevməlidir".








Mehriban xanım Əliyeva həm dövlət idarəçiliyində ciddi rol oynayır, cəmiyyətin tərəqqisi üçün bütün gücü ilə çalışır, həm də yüksək mənəvi keyfiyyət nümayiş etdirərək, insanlara yardım əlini uzadır, böyük şəfqətlilik göstərir. Məlumdur ki, şəfqətli olmaq dini baxımdan həmrəyliyin ən gözəl əlamətidir. Şəfqətli insan bütün bəşəriyyətlə həmrəydir. O, insanlıq naminə humanizm göstərir. Yəni, özünü başqalarına nümayiş etdirmir, sadəcə, insanın yaxşılığı, onun sağlamlığı və rahatlığı üçün qayğı göstərir. Mehriban xanım həyatı boyu fəaliyyətində məhz bu cür yüksək keyfiyyətlərə malik olduğunu sübut edib və etməkdədir.

Bu kontekstdə Azərbaycanda demokratiyanın, multikulturalizmin, milli dövlətçiliyin inkişaf etdirilməsində Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi fəaliyyəti ayrıca vurğulanmalıdır. Azərbaycanın birinci xanımı bütün istiqamətlərdə Prezidentin həyata keçirdiyi islahatlar proqramına ciddi dəstək verir və konkret işləri ilə həmin istiqamətdə fəaliyyət göstərir. Azərbaycan dövlətçiliyinin yeni zirvələrə yüksəlməsi üçün bunun əhəmiyyəti böyükdür. Çünki Prezidentin bütün tapşırıqlarına dəqiqliklə əməl olunursa, onun həyata keçirdiyi kurs reallaşırsa, müstəqil dövlət quruculuğu baş tutur və qarşıya qoyulan strateji hədəflərə çatmaq imkanları xeyli genişlənir. Bunlar bir daha onu təsdiq edir ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi idarəçilikdə rolu əhəmiyyətlidir və o, bunun öhdəsindən layiqincə gəlir. Bütün bunlara görədir ki, insanlar birinci xanımı sevir və onu dəstəkləyirlər. Mehriban Əliyevaya inam böyükdür. Azərbaycanın birinci xanımı da insanları çox gözəl duyur və bunu yüksək qiymətləndirir: "Mənim üçün ən vacibi budur ki, inam duyuram. Bax, bu, həqiqətən də mənə real inam, güc verən amildir".

Azərbaycan vətəndaşlarının ölkənin birinci xanımına məhəbbəti də danılmazdır. Bu məhəbbəti Mehriban xanım Əliyeva “Mən hər bir azərbaycanlının Prezidentiyəm” – söyləyən dövlət başçısı İlham Əliyevin məntiqi ilə yanaşsaq, “hər bir azərbaycanlının istək və maraqlarına yaxın olması” ilə qazanmışdır. Xeyirxahlıq onun amalında, şəfqət-mənəviyyatında, dövlətçiliyə sədaqət əqidəsindədir. Birinci vitse-prezident Mehriban Əliyeva xarizmatik obrazı, cazibadar siması, modern düşüncəsi ilə Azərbaycanda hər bir ailənin sevimli övladıdır.

Xanım Mehriban Əliyeva, eyni zamanda, Yeni Azərbaycan Partiyası sədrinin Birinci müavinidir. İqtidar partiyasının lideri, Prezident İlham Əliyevin dayanıqlı islahatçılıq, hərtərəfli tərəqqi və yeniləşmə kursunda, azad Qarabağın dirçəlişində Birinci vitse-prezidentin də Güclü dövlət rifahlı cəmiyyət prioritetində fəaliyyəti önəmli yer tutur. “İnkişaf məqsədimizdir” hədəfini və “Modern Azərbaycan modeli”ni məqsədyönlü fəaliyyəti ilə gerçəkləşdirən, adı Azərbaycan tarixinə qalib dövlət başçısı kimi yazılan İlham Əlyevin liderliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın Birinci xanım və qadın lider missiyası gender strategiyasının vəhdəti kimi Ümummilli Lider Heydər Əliyevin siyasi-ideoloji xəttinin davam etdirilməsinə xidmət edir. Xanım Mehriban Əliyeva XXI əsr Azərbaycanın Qalib Ali Baş Komandanı Prezident İlham Əliyevin sadiq silahdaşı, yeniləşən və Qarabağda Zəfər çalan Azərbaycanın dövlətinin ikinci ali Rəhbəridir.










“Tanrı Azərbaycanı qorusun” söyləyən, xalqın sevimlisinə çevrilən Xanım Mehriban Əliyeva, Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurla davam etdirilməsində, Prezident İlham Əliyevin “Güclü Azərbaycan” modelinin gerçəkləşdirilməsində müstəsna rolu və mövqeyi olan, modern Azərbaycan qadınının obrazını ölkəmizdə və beynəlxalq aləmdə parlaq surətdə canlandıran, adı dünya gender tarixinə yazılan bəşəri humanizm daşıyıcılı fenomen ictimai-siyasi xadimdir.

Fikrimi Birinci vitse-prezidentin məntiqli kəlamı ilə bitirmək istəyirəm: “Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağda eşitməkdir”.

Bizim Mehribanımız – Xanım Birinci vitse-prezident, Uca Tanrı bizə Sizin bu arzunuzu qismət etdi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusu Qarabağda Zəfər çaldı, Şuşada “Qarabağ” sədası səsləndi.

Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan Birinci Vitse Prezident Mehriban xanımın avqust ayının 26-da 60 illik yubileyidir. Bu münasibətlə onu təbrik edir, daha da böyük uğurlara imza atmasını arzu edirik!



Ədalət Hacıyev
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru,
Əməkdar Mədəniyyət işçisi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930