bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xankəndidən qaçan separatçılara son zərbə - Paşinyan hücuma keçdi

1-10-2024, 09:11 0 dəfə baxılıb



Ermənistan hakimiyyəti Xankəndidən İrəvana qaçan separatçıların fəaliyyətinə tamamilə son qoyulması istiqamətində hərəkətə keçib.

Bu barədə “Hraparak” nəşri yazır.

Nəşr qeyd edir ki, bir neçə həftə öncə spiker Alen Simonyan “artsax təmsilçiliyi” (qondarma) məsələsinə yenidən baxmağı, onların fəaliyyət göstərdiyi binanın əllərindən alınmasını gündəmə gətirmişdi.

“Məlumatlara görə, hakimiyyət “artsax” məsələsini tamamilə bağlamaq üçün Samvel Babayanı yenidən oyuna cəlb edib. Hədəf “Qarabağ erməniləri” arasında fikir ayrılığı yaratmaq, sonra isə binanı tamamilə ələ keçirməkdir. Dünən Babayanın 20-ə yaxın tərəfdarı “artsax nümayəndəliyi”nin qarşısında etiraz aksiyası keçirərək, sosial problemlərin həlli üçün “struktur” yaradılmasını tələb ediblər.

Əsas tələb budur ki, belə bir “struktura” məhz Samvel Babayan rəhbərlik etməlidir. Digər tələb Qarabağdan gətirilən və “investisya fonduna” məxsus olan pullar haqda hesabatın verilməsidir. Əslində bu, Babayanın “təmsilçiliyi” ələ keçirmək, daha sonra bağlamaq planına xidmət edir”, - nəşr iddia edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031