bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Cənab İlham Əliyev Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib.

1-02-2024, 13:16 7 dəfə baxılıb

Bu gün Azərbaycan davamlı və dinamik iqtisadi inkişafın, sarsılmaz ictimai-siyasi sabitliyin və təhlükəsizliyin tam təmin olunduğu, öz tərəqqisi ilə mütərəqqi nümunə yaradan qabaqcıl ölkələrdəndir. Eyni zamanda, respublikamız beynəlxalq müstəvidə müasir, hüquqi və demokratik dövlət, regional və qlobal təhlükəsizliyə layiqli töhfələr verən etibarlı tərəfdaş və dünya birliyinin məsuliyyətli üzvü kimi tanınır.

Əlbəttə, ölkəmiz hazırkı inkişaf mərhələsinə asanlıqla çatmayıb. Müstəqilliyin ilk illərində xaos meydanına çevrilən Azərbaycan Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində böhrandan xilas olaraq inkişaf yoluna çıxıb. Bu gün isə ölkəmiz Heydər Əliyev siyasətinin layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza atır.

Cənab İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra verdiyi bütün vədlərə əməl edib, Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Bu isə xalqın Prezident İlham Əliyevə inamını və güvənini daha da artırıb. Azərbaycan xalqı həm də onunla qürur duyur ki, dünya miqyasında nüfuzlu siyasətçi olan cənab İlham Əliyev öz fəaliyyəti ilə təkcə Azərbaycanın sürətli inkişafını təmin etməyib. Onun ideyaları, əməli fəaliyyəti həm də bəşəriyyətin inkişafına vacib töhfələr verib. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır.

2024-cü ilin fevral ayında keçirilmiş Zəfər seçkisi xalq-iqtidar birliyinin təntənəsi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunmuş və silinməz izlər buraxmışdır. Azərbaycan xalqı bir daha öz Qalib Liderinə sarsılmaz inam və sonsuz etimadını ifadə etmiş, bənzərsiz nailiyyətləri yüksək qiymətləndirərək yeni qələbələrə ürəkdən səs vermişdir. Bu, xalqımızın müdrik dövlət xadimi Heydər Əliyev irsinə dərin ehtiramının və Müzəffər Lider kimi dövlət başçısının qətiyyətli siyasətinə dəstəyinin daha bir bariz nümunəsi və möhtəşəm ifadəsidir.

Balaşov Qulaməli Qurbanəli oglu

ADPU-nun “iRiyaziyyatın btidai kursunun tədrisi texnologiyası ”

kafedrasının dosenti,r.e.ü.f.d.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031