Ermənilərin xaraba qoyduğu ərazilər yenidən bərpa edilir - VİDEO
Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində bərpa-quruculuq işləri davam edir.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Əli Zeynalov jurnalistlərə açıqlamasında Tuğ kəndində təməli qoyulan inzibati mərkəzdən danışıb.
Ə.Zeynalovun sözlərinə görə, inzibati zonanın ümumilikdə ərazisi 1,63 hektar təşkil edir. Buraya inzibati bina, klub icma mərkəzi, mədəniyyət mərkəzi, restoran binası və s. sosial obyektlər daxildir.
Tuğ, həmçinin turizm potensialına malik olan ərazidir. Burada turizmin inkişafı çərçivəsində vaxtilə Üzeyir Hacıbəyovun dərs dediyi orta məktəb və Məlik saray kompleksi təmir olunub istifadəyə veriləcək.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: