bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Füzuli şəhərindən Horadiz və Əhmədbəyliyə marşrut xətti açılacaq

8-09-2023, 10:15 1 dəfə baxılıb




Füzuli şəhərindən Horadiz qəsəbəsinə və Əhmədbəyli kəndinə marşrut xətti istifadəyə veriləcək.

“Report”un Qarabağ bürosunun verdiyi xəbərə görə, bu barədə bu gün Füzuli şəhərinə köçürülən sakinləri qarşılama mərasimində Qarabağ İqtisadi Rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov bildirib.

Qeyd edilib ki, Füzuliyə köçürülən sakinlərin gündəlik tələbatını ödəmək üçün şəhərdə yeni market istifadəyə verilib. Lakin digər zəruri tələbatları ödəmək, əhalinin şəhərdən kənara gediş-gəlişini təmin etmək üçün Füzuli - Əhmədbəyli, Füzuli - Horadiz marşrutlarının açılması nəzərdə tutulur.

Marşrutların yaxın zamanda işə düşməsi planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30