bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

MiQ-29 təyyarəsinin təlim uçuşu zamanı qəzaya uğramasından 17 il keçir

Dün, 12:00 0 dəfə baxılıb

 29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Bizimlider xatırladır ki, qəza nəticəsində təyyarəni idarə edən hər iki pilot Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olublar.

Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki hərbi bazadan təlim uçuşu üçün havaya qalxan "MiQ-29" markalı döyüş təyyarəsi sahildən altı kilometr uzaqlıqda dənizə düşüb. Həmin gün Azərbaycan şahinləri - kapitan Əfqan Aslanov və polkovnik-leytenant Fəxrəddin Əsgərov qəzaya uğrayan təyyarəni yaşayış məntəqələrindən mümkün qədər uzaqlaşdıraraq dənizə salmaqla baş verə biləcək daha dəhşətli faciənin qarşısını ala biliblər.

Təyyarənin qalıqları və pilotlardan Əfqan Aslanovun cəsədini dənizin dibindən bir ay sonra çıxarmaq mümkün olsa da, Fəxrəddin Əsgərovun nəşini tapmaq mümkün olmayıb.

Bacısı Kəmalə Vahidovanın sözlərinə görə, Əfqanın nəşi 29 gündən sonra tapılıb:

"Təyyarə havaya qalxdığı yerdən xeyli uzaqda, dənizin dibinə çox dərinə batmış halda tapılıb. Əfqanın cəsədi təyyarədə olub. Zərblə yerə çırpıldığı üçün bədənində sınmayan sümük qalmamışdı. Təyyarənin dəmirləri bütün bədənini doğramışdı. Üstəlik, cəsəd suda qaldığından tanınmaz vəziyyətə düşmüşdü. Digər pilot - Fəxrəddin Əsgərov isə deyilənə görə, son məqamda təyyarədən tullanıb. Amma onun da bu günədək nə ölüsü, nə dirisi tapılmayıb". 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ocak 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031